Naxçıvandan Ermənistana keçən bəbirlər minaya düşüb
01
okt
2019
16:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Gələn il Azərbaycanın Milli Parklarında quraşdırılması üçün daha 40 fototələ alınacaq".BAKU.WS "Report"a istinadla xəbər verir ki, bunu Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov deyib.Onun sözlərinə görə, 50-yə yaxın yeni fototələ alınıb: “Bu il əlavə fototələlər almağa imkanımız yoxdur. Amma gələn il bunu həyata keçirə biləcəyik. Gələn il üçün 40-a yaxın fototələlərin alınması nəzərdə tutulur. Hazırda yalnız iki - Zəngəzur və Hirkan Milli Parklarında, ümumilikdə, 120 fototələ var. Fototələlər, əsasən, “Bəbirlərin mühafizəsi” layihəsi çərçivəsində alınıb. Amma bu qurğu yalnız bəbirləri deyil, qarşısından keçən bütün heyvanları çəkir”.“Fototələ, ilk növbədə, quraşdırıldığı ərazidə heyvanların olub-olmamasını müəyyən etməyə kömək edir. Fototələlər heyvanların cığırları üzərində yerləşdirilir. 10-15 metrdən keçən heyvanların şəklini çəkir. İkincisi, həmin heyvanların cinsini, yaşını, heyvanların gəzmə arealını, fəsli və gündəlik miqrasiyasını müəyyənləşdirir.Misal olaraq, Naxçıvanda bəbirlərdən bir neçəsi Ermənistana keçərkən minaya düşmüşdü və gördük ki, erkək bəbirlərin ayaqları yaralanmışdı. Fototələlər vasitəsilə müşahidə etdik ki, onlar bir ay çox zəifləmişdilər, sonra isə yenidən adaptasiya oldular. Hətta bəbirlərdən biri 3 ayaqla 170 km yol qət etmişdi” - deyə o vurğulayıb.
Oxşar xəbərlər
Nazir: "Vətəndaşlara xəstə heyvan verənlər cəzalandırılıb"
"Yararsız heyvanların verilməsi ilə bağlı nazirliyə daxil olan müraciətlər əsasında heyvan dəyişdirilməsi faktı 1 faizdən aşağı olub".BAKU.WS xəbər verir ki, b...