Naxçıvanda televiziya işçisi və iki qızı dəm qazından zəhərləniblər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda üç nəfər dəm qazından zəhərlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb.
Belə ki, şəhər sakinləri - 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və onun övladları - 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva, 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, Ruhiyyə Rəsulova jurnalist kimi fəaliyyət göstərir və Naxçıvan Televiziyasının əməkdaşıdır.Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Ağstafada dəhşətli olay: Atası oğulluqdan sildi, arvadı yataqda... - Şok təfərrüat
Ağstafa rayonunda 1985-ci il təvəllüdlü Fidan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Pərvizi (adlar şərti verilib - red.) qətlə yetirib....