Naxçıvanda məktəb faciəsində həyatını itirənlər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayon Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsi uçub və nəticədə 4 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, “qafqazinfo” hadisədə ölən şəxslərin fotolarını əldə edib.
Bunlar 1972-ci il təvəllüdlü Həsən Abbasəli oğlu Əliyev, 1961-ci il təvəllüdlü İbrahim Xəlil oğlu Məhərrəmov, 2000-ci il təvəllüdlü Qadir Nizami oğlu Süleymanov və 1988-ci il təvəllüdlü Asəf İsmayıl oğlu Rüstəmovdur.
Faciəvi hadisədə həlak olan şəxslər Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.
Əlavə edək ki, hadisə nəticəsində 1996-cı il təvəllüdlü Alı Əliyev xəsarət alıb.
Qeyd edək ki, ölən şəxslər Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon idarəsində fəhlə işləyirdi.
Qalereya
Oxşar xəbərlər
Baş Prokurorluqdan məktəbin uçması ilə bağlı AÇIQLAMA
Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin uçması ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmət...