Naxçıvanda mal əti adı altında at əti satanlar saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yararsız at ətini mal əti adı altında kafe və restoranlara satmada şübhəli bilinən şəxslər müəyyən edilib.
BAKU.WS xəbər verir ki, rayon polis idarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında həyata keçirilən tədbirlərlə rayon sakinləri - Araz Cəfərli və İlyas Abbasov saxlanılaraq məsuliyyətə cəlb ediliblər.
Davam etdirilən tədbirlərlə ət tədarük olunan obyektlər müəyyən edilərək qida üçün yararsız məhsullar satışdan çıxarılıb.
Faktla bağlı Babək Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Bakıda leş əti satan şəxslər həbs edildi - VİDEO
Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin işt...