Naxçıvanda evdən və kafedən oğurluq olub
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda evdən oğurluq olub.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən televizor, kondisioner, kompüter, 3 ədəd xalça, qab-qacaq və balansında 3000 manat pul olan bank kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini İ.Cəfərzadə müəyyən olunaraq saxlanılıb.
Daha bir oğurluq hadisəsi Naxçıvan dəmir yolu stansiyasının ərazisindəki kafedə qeydə alınıb. Belə ki, Naxçıvan Dəmir Yolu Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 28-nə keçən gecə Naxçıvan dəmir yolu stansiyası ərazisindəki kafelərin birindən 527 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini T.Fərəczadə müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gənc oğlan bibisi qızını kafedə tapdı: "Pivə süzürdü..." - Şok təfərrüat
Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Elmir kafedə xadimə işləyən bibisi qızı Səbinənin (adlar şərti verilib – red.) öldürməyə cəhd edib. BAKU.WS Teleq...