Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi məhkəmə qarşısında - RÜŞVƏT QALMAQALI
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən Tofiq Həsənov onlayn qaydada qatılıb.
Məhkəmədə şahidlərin ifadələri dinlənilib. Onlar ifadələrində Penitensiar Xidmətdə kiçik rəis və zabit vəzifələrinə düzəlmək üçün Penitensiar Xidmətin Katiblik şöbəsinin rəisi Qoşqar Əliyevə pul verdiklərini bildiriblər. Qoşqar Əliyev öz növbəsində pulları vətəndaşlardan aldığını və bunu Tofiq Həsənova verdiyini deyib.
Növbəti məhkəmə prosesi fevralın 15-nə təyin edilib.
Qeyd edək ki, Tofiq Həsənov ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Keçmiş xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilir.
Oxşar xəbərlər
Keçmiş müstəntiq: “Zakir Qaralov və Rüstəm Usubov cinayətkar dəstənin ən aktiv üzvü idi”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi...