Narkotikin təsiri altında qanunsuz maşın sürdü - HƏBS OLUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
"Changan" markalı, 77 QR 325 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü aprelin 25-də yol hərəkəti qaydalarını pozduğuna görə Ekoloji Nəzarət üzrə Yol Patrul Xidmətinin Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, sənədlərə baxış zamanı nəqliyyat vasitəsini idarə edən Zaur Hüseynovun sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyənləşib.
Qeyd edilib ki, yoxlama zamanı Z.Hüseynovun qeyri-adekvat davranışları əməkdaşlarda şübhə yaratdığından o, tibbi müayinədən keçirilib, onun narkotik vasitənin təsiri altında olduğu aşkar edilib.
Z.Hüseynov barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, o, inzibati qaydada həbs edilib.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, sürücülük hüququ olmadan və ya məhdudlaşdırılmış vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsi idarə edən şəxslərə qarşı qanunvericiliyə uyğun tədbirlər qətiyyətlə davam etdirilir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Yas məclisində gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı
Xalası oğlunu bıçaqlamaqda təqsirləndirilən Səid Babazadənin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki,...