Narkotikin təsiri altında maşın sürən şəxs sürücülük hüququndan MƏHRUM EDİLDİ
Salyan rayon sakini Alim Babayevin idarə etdiyi "Mercedes" markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik istifadə etdiyinə görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.
Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə iki il sürücülük hüququndan məhrum edilməklə, inzibati məsuliyyətə cəlb olunub.
"BDYPİ narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Bakıda yük maşını təhlükə yaratdı
Bakıda yük maşını sürücüsü yükdaşıma qaydalarını pozub. Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə göndərilib. Məlumata görə, sürücü maşına yüklədiyi dəm...