Narkotikə görə tutulan "TikTok"erə hökm oxundu
Narkotik dövriyyəsində ittiham edilən “TikTok”er Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.
Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
Qeyd edək ki, Aysun Mirişli “TikTok”da “axundova__302_” adı ilə tanınır.
Oxşar xəbərlər
Kişi keçmiş arvadını oğurladı: "Maşında arxa oturacağa, yanınma keçdi..." – Bakıda ŞOK HADİSƏ
Bakının Qaradağ rayonunda 1988-ci il təvəllüdlü Davud həyat yoldaşı İlhaməyə (adlar şərti verilib - red.) xəsarət yetirib. BAKU.WS teleqraf.com-a istinadən bild...