Narkotik vasitənin təsiri altında avtomobil idarə edən "Toyota" sürücüsü saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
BAKU.WS xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 28-də Masallı rayonu ərazisində Zəngilan rayon sakini Rauf Hüseynovun idarə etdiyi “Toyota” markalı avtomobil saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə protokol tərtib olunub.
Masallı rayon məhkəməsinin qərarı ilə R.Hüseynov iyulun 29-da inzibati həbs edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Bakıda narkotik maddənin təsiri altında avtobus idarə edən daha bir sürücü həbs edildi - FOTO
Bakıda daha bir sərnişin avtobusu sürücüsünün iş başında narkotik maddə qəbul etdiyi müəyyənləşdirilib.BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Suraxa...