Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, BDYPİ-nin əməkdaşları tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət qeydiyyat nişanlı avtomobil Lökbatan dairəsi yaxınlığında saxlanılıb.
Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.
Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkar olunduğundan barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...