Narkotik satan şəxs saxlanıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun 866 saylı qəsəbə sakini, əvəllər məhkum edilmiş Elçin Əliyev saxlanılıb.
E.Əliyevin yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə qablaşdırdığı marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Oxşar xəbərlər
Bərdə sakinlərindən “patı” götürülüb - FOTO
Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər müəyyən...