Narkotik çəkib maşın sürdülər
Yeniliklərdən dərhal xəbərdar olun
Narkotikin təsiri altında avtomobil idarə edən üç sürücü saxlanılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, dövlət qeydiyyat nişanlarından biri yerində olmadığı üçün Cəlilabad Rayon Polis Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılan QAZ-3221 markalı yük avtomobilinin sürücüsü R.Baxşəliyevin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etdiyi müəyyən edilib. Müvafiq müayinə zamanı həmçinin, sürücünün narkotik vasitədən istifadə etdiyi də məlum olub.
Bundan əlavə, dövlət yol polisi əməkdaşları tərəfindən Cəlilabad rayonu ərazisində idarə etdikləri VAZ-21061 və QAZ-2410 markalı avtomobillərlə qayda pozuntusuna yol verdikləri üçün saxlanılan N.Şükürov və A.Cəfərovun da narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Həmin sürücülər barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Oxşar xəbərlər
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər cəzalandırıldılar - FOTO
Astarada narkotikin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilə...