Narkodispanseri yandırdığı deyilən şəxs: Boynuma qoyublar - Məhkəmədə ŞOK ifadələr
29
avq
2018
14:52
Xəstələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.BAKU.WS musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.Musavat.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə iclasında 25 nəfərin ölümünə səbəb olan yanğını törətməkdə ittiham edilən Məhəmməd Məmmədov sərbəst ifadə verib.Məhəmməd Məmmədov sərbəst ifadəsində günahkar olmadığını söyləyib.O bildirib ki, oğlu və həyat yoldaşı ilə yola getmədiyi üçün xəstəxanaya gedib, özü istəməsə də ailəsi onu məcbur ora göndərib: "İynə vurub məni ora aparıblar. Heç içmədiyim gün də məni ora aparırdılar".M.Məmmədov 1998-ci ildən dispanserə gedib-gəldiyini, son illərdə isə daimi orada yaşadığını deyib: "Orda təmir işlərini mən görürdüm. Orda ölən adamlar mənə çörək verirdi, kömək edirdilər. Mən axı onlara necə zərər verə bilərdim? And olsun Allaha, kitaba ki, bu işi mən görməmişəm. Yanğın olanda mən ancaq ordan çıxdım. Qapıya çatanda tüstüdən boğulurdum. Zorla qapıdan çölə çıxdım. Mühafizəçi Amid Quliyev də orada idi. Mən onun yanında idim. Amma o istintaqda deyib ki, məni görməyib. Xəstələrdən ifadə alıblar ki, guya mən həmin gün aqressiv olmuşam. Əgər aqressiv idimsə, niyə məni orada saxlayırdılar? Mənim heç kimim yoxdur. Ona görə də mənim boynuma qoyublar".14-cü palatada yatdığını və hadisə vaxtı səs-küyə oyandığını deyən M.Məmmədovun sözlərinə görə, yanğın onların palatasından başlamayıb. Oyanıb qapını açanda palataya tüstü dolub. O, bildirir ki, binadan çölə qaçıb, birtəhər özünü yaxınlıqda yaşayan bacısıgilə çatdırıb: “Ayağımda ayaqqabım da yox idi. Bacım pul verdi, gedib ayaqqabı aldım. Gəlib parkda oturmuşdum, birdən polislər gəlib, məni maşına basıb apardılar”.M.Məmmədov Narkoloji Mərkəzdəki müalicənin keyfiyyətindən də gileylənib: “Ora xəstəxana yox, zülmxanadır. Dərman-filan yoxdur. Ora ancaq pul tələsidir”.Hakim deyib ki, M.Məmmədovun istintaqda verdiyi ilkin ifadə ilə məhkəmədə söylədikləri arasında ziddiyyət var. Ona görə də həmin ifadə elan olunub.M.Məmmədov istintaqda da sonrakı ifadələrində deyib ki, hadisəni o törətməyib, sadəcə, mərkəzdə yanğın olduğunu görüb, çölə qaçıb.O, məhkəmədə də yanğın zamanı ölənlərin yaxınlarına üzünü tutaraq deyib: "Allah, peyğəmbər haqqı, mən işləməmişəm. Heç kimim yoxdur deyə günahkar məni seçdilər".Məhkəmə iclası sentyabrın 4-də digər təqsirləndirilən şəxslərin ifadələriylə davam edəcək.Xatırladaq ki, dünən M.Məmmədov istintaqda ifadəsini dərc etmişdik. O, həmin ifadəsində hadisəni törətdiyini etiraf etmişdi. Məhkəmədə isə yanğını törətmədiyini, təzyiqlərdən sonra boynuna götürdüyünü deyir.Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.BAKU.WS
Oxşar xəbərlər
Narkoloji Mərkəzdəki yanğına görə həbs edilənlərin məhkəməsi başlayıb
Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əm...