Nadir Qafarzadə uşaq evində böyüyən ŞƏHİDİMİZİN DƏFNİNDƏ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Nadir Qafarzadə SOS uşaq evində böyüyən şəhidimiz Səbuhi Əhmədovun dəfnində iştirak edib.
BAKU.WS xəbər verir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında bildirib.
Dəfndə göz yaşlarına hakim ola bilməyən Qafarzadə instaqram hesabında görüntülər paylaşaraq Səbuhinin vəfatına görə çox kədərləndiyini deyib:
"Yetim şəhidim! Toyuna gələ bilmədim, məzarına gəldim! Səbuhi Əhmədov, çox ürəkləri yandırdın! Allah, şəhidlərimizə rəhmət etsin. Səbuhim laylay, şəhidim laylay!"
Xatırladaq ki, Səbuhi Əhmədov ötən gün ermənilərin təxribatı nəticəsində şəhid olan 50 qəhrəmanımızdan biridir. SOS uşaq kəndində valideyn himayəsindən məhrum böyüyən şəhidimiz Bakıda, ikinci fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
Qardaşı arvadına 11 bıçaq vurdu: Xəyanət, yalan... - DƏHŞƏTLİ QƏTLİN İZİ İLƏ
Bakıda kişinin qardaşı arvadını öldürməsi ilə bağlı cinayət işinin təfərrüatları məlum olub. BAKU.WS xəbər verir ki, lent.az sözügedən dəhşətli qətlin istintaq...