Müştəri ilə mübahisə edən restoran sahibi onun başına araq butulkası vurdu

Müştəri ilə mübahisə edən restoran sahibi onun başına araq butulkası vurdu
Hadisə 57

Gəncə Ağır Cinayətlər Məhkəməsi Gədəbəy rayonunda baş verən münaqişə ilə bağlı cinayət işinə baxıb. Məhkəmə, 1981-ci il təvəllüdlü Fəqan Zöhrabov (ad və soyad şərtidir) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə təqsirli bilinməsinə dair hökm çıxarıb. Zöhrabov 2 il azadlıqdan məhrum etmə cəzası təyin edilib,

BAKU.WS-in məlumatına görə, hadisə 22 iyul 2023-cü ildə Gədəbəy rayonu, Qalakənd kəndində yerləşən "Qızıl Balıq" restoranında baş verib.

Məhkəmə materiallarına görə, Şəmkir rayonu, Kür qəsəbə sakini Elnur Salamov (ad və soyad şərtidir) və qohumları restorana istirahət etmək üçün gəliblər. Axşam saatlarında yemək sifarişi ilə bağlı restoran sahibi Fəqan Zöhrabovla mübahisə yaranıb. Mübahisə zamanı Zöhrabov masanın üzərindəki 1 litrlik "Banketnaya" araq butulkasını götürərək Fedainin baş nahiyəsinə bir dəfə zərbə endirib.

Nəticədə Elnur qapalı kəllə-beyin travması, sümük sınıqları və hematomalar alıb ki, bu da həyat üçün təhlükəli hesab olunan ağır xəsarətlərdir. Zərbədən sonra Elnur yerə yıxılaraq yüngül xəsarətlər də alıb.

Məhkəmədə Zöhrabov özünü təqsirli bilib, lakin hadisəni müdafiə kimi izah edib. O bildirib ki, zərərçəkmişlər sərxoş halda ona təhqir və hədə-qorxu gəliblər, o da butulkadan istifadə edib. Elnur isə ifadəsində Zöhrabovun ona qəfil zərbə endirdiyini qeyd edib. Şahidlərin (qohumlar və digərləri) ifadələri də mübahisənin yemək sifarişi ilə başladığını təsdiqləyib.

Məhkəmə tibbi ekspertizası xəsarətlərin butulka zərbəsi nəticəsində yarandığını, psixiatrik ekspertiza isə Zöhrabovun anlaqlı vəziyyətdə olduğunu müəyyən edib. Cinayət Məcəlləsinin 62-ci maddəsi (xüsusi yüngülləşdirici hallar) tətbiq edilərək cəza azaldılıb. Zərərçəkmiş Elnur Fəqanla barışıb, dəymiş ziyan tam ödənilib və şikayəti yoxdur. Qarayevin yaşayış yeri üzrə müsbət xarakteristikası da nəzərə alınıb.

Hökmə görə, Qarayev barəsində "ev dustaqlığı" ləğv edilib və "başqa yerə getməmək barədə iltizam" seçilib.

Oxşar xəbərlər

Son xəbərlər