Zaqatalada həmkəndlisinə 13 bıçaq zərbəsi endirən şəxs saxlanıldı - YENİLƏNİB
Zaqatalada həmkəndlisini bıçaqlayan şəxs saxlanılıb.
Bu barədə “report”a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Tural Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***09:11
Zaqatalada həmkəndlilər arasında düşən dava bıçaqlanma ilə nəticələnib.
Hadisə rayonun Qandax kəndində baş verib.
Belə ki, kənd ərazisində çayxana işlədən 1991-ci il təvəllüdlü Nurlan Zəkər oğlu Muradovla çayxanaya müştəri kimi gələn həmkəndlisi Tural adlı şəxs arasında mübahisə yaranıb.
Nəticədə Tural Nurlan Muradovu bıçaqlayıb.
Yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Müayinədən sonra N. Muradovun bədənində 13 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkar edilib. O, təcili olaraq cərrahi əməliyyata alınıb.
Faktla bağlı araşdırma aparılır.//Report
Oxşar xəbərlər
Valideyn: “Görənlər deyirlər ki, bıçaqlanma məktəbin içində baş verib” - YENİLƏNİB + FOTO/VİDEO
“Məktəbdə artıq ikinci dəfədir ki, belə hadisə baş verir”. Bu sözləri bu gün qətl hadisəsinin baş verdiyi Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəb...