Qeyri-rəsmi münasibətdə olduğu qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ

Qeyri-rəsmi münasibətdə olduğu qadının başqası ilə eşq yaşadığından şübhələnən kişi ÖZÜNÜ ÖLDÜRDÜ
Hadisə 216

Gəncədə qadını bıçaqlayaraq öldürən, daha sonra başqa kişiyə və özünə xəsarət yetirən Mahir Quliyev intihar edib.

Oxu.Az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyun ayının 26-da saat 16 radələrində Gəncə şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çox saylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.

Hadisəni qısqanclıq zəminində törədən 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.

Mahir Quliyev özünü iyun ayının 30-da müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindəki palatasının pəncərəsindən ataraq intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər