Azərbaycanlı müğənniyə qarşı YARIM MİLYONLUQ DƏLƏDUZLUQ
Yeniliklərdən dərhal xəbərdar olun
Tanınmış müğənni Dəniz Əsədovaya qarşı dələduzluq olub.
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, ayrı-ayrı vaxtlarda bir neçə şəxs ondan külli miqdarda pul mənimsəyib:
"Dörd il əvvəl müxtəlif xəstəxanalarda rəhbər vəzifələrdə çalışan Rauf, Rüfət, Mehparə, Şahin və Eldəniz adlı məmurlar iş görmək adı ilə məndən 500 min manatdan yuxarı pul alıblar. Onu da bildirim ki, bu şəxslərin bir-biri ilə əlaqələri var. Məsələ ilə bağlı polisə müraciət olunub. Hətta məndə maddi sübut kimi pul aldıqlarını etiraf edən səs yazıları da var. Hələ ki bir nəticə əldə edə bilməmişəm. Həmçinin onların barələrində şikayət ərizələri də müvafiq polis şöbələrinə təqdim olunacaq".
Onu da qeyd edək ki, daha öncə Dəniz Əsədovanın evində xadimə işləyən qadının 21 min manatlıq oğurluq etdiyi anların kamera görüntüləri təqdim edilmişdi.
Oxşar xəbərlər
Xadimə ilə əlbir oldu, müdirini zəhərlədi - Dəhşətli cinayətin TƏFƏRRÜATI
Mənimsəmə cinayətində ittiham olunan Nelli Fabriçnayanın cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayıb. BAKU.WS “modern.az”a istinadən xəbə...