MTN generalının müsadirə olunmuş əmlakı - SİYAHI
Ləğv edilmiş MTN-nin növbəti dəstəsi, general Elçin Quliyev və polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
BAKU.WS "Qafqazinfo”ya istinadən xəbər verir ki, nazirliyin Anti-Terror Mərkəzinin sabiq rəhbəri Elçin Quliyev və digərlərinin ittiham olunduqları cinayətlərə görə dəymiş maddi ziyanın ödənilməsi üçün təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulub.
General Elçin Quliyevə məxsus əmlaklar:
ƏMLAKLAR | QİYMƏT |
90 TT 757 nömrəli "Mercedes BENZ GL 500” | 105 min manat |
90 HH 757 nömrəli "Mercedes BENZ C200” | 64 min manat |
Mərdəkan qəsəbəsində bağ sahəsi | 172 min manat |
Ceyranbatan qəsəbəsində torpaq sahəsi | 27 min 500 manat |
Nabranda torpaq sahəsi | 12 min manat |
İntihar edən polkovnik İlqar Əliyevə məxsus əmlaklar:
ƏMLAKLAR | QİYMƏT |
Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa | 798 min manat |
Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi | 180 min manat |
N.Nərimanov prospektində obyekt | 418 min manat |
Nabranda 6 sot torpaq | 12 min manat |
Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri | 12 min 400 manat |
Mərdəkan qəsəbəsində bağ evi | 192 min manat |
Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi | 21 min manat |
Göyçay şəhərində daşınmaz əmlak | 114 min manat |
Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi | 7200 manat |
E.Quliyevin adına olan iki avtomobil hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Maddi-təchizat idarəsində saxlanılır.
Bu cinayət işi üzrə istintaq 7 milyon 736 min 58 manat ziyan vurulduğu qənaətinə gəlib və DTX bu məbləğin ödənilməsi üçün mülki iddia irəli sürüb. Pulu ödəməli olan şəxs kimi isə general Elçin Quliyev cavabdeh olaraq tanınıb.
Qeyd edək ki, general –mayor E.Quliyev MTN-də Antiterror Mərkəzinin rəisi olub. Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və "MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev 2015-ci il dekabrın 20-də təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Oxşar xəbərlər
"Bizi azadlığa buraxmaq üçün 150 min dollar pul tələb etdilər" - Çovdarovun məhkəməsi
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İ...