MSN-in Şirvandakı zavodunda partlayışla bağlı cinayət işi açılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda baş verən partlayışla bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Məlumata görə, MSN-nin Şirvan şəhərində yerləşən zavodunda sursat partlayışı nəticəsində 1966-cı il təvəllüdlü Mehman Əhmədovun ölməsi, 1978-ci il təvəllüdlü Səbinə Şəkərovanın isə xəsarətlər alması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Oxşar xəbərlər
Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindi - YENİLƏNİB + VİDEO
Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirva...