İmran Mehdiyev vəfat etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Uzun illər rəhbər vəzifələrdə çalışmış, eləcə də Sovet dövründə Naxçıvan Muxtar Respublikasına rəhbərlik etmiş İmran Mehdiyev vəfat edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, iqtisad elmləri doktoru İ.Mehdiyev 87 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, İ.Mehdiyev 1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə Naxçıvan MSSR Nazirlər Sovetinin sədri vəzifələrində çalışıb.
Daha sonra bir sıra yüksək vəzifələri, həmçinin İsmayıllı rayon komitəsinin birinci katibi vəzifəsini tutan İ.Mehdiyev müstəqillik illərində (1991–1999) Sənaye və tikinti materialları nazirinin birinci müavini postunu icra edib.
Oxşar xəbərlər
Azərbaycanda alim vəfat edib
AMEA-nın müxbir üzvü Akif Musayev dünyasını dəyişib. BAKU.WS Report-a istinadla xəbər verir ki, mərhum beynində olan bədxassəli şişdən 1 həftə öncə əməliyyat ol...