Motodromda yanğın söndürüldü
Bakı şəhəri, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
***09:12
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, "Motodrom" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
BAKU.WS xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Salyanda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
Salyanda yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Ələt-Astara magistralının Sal...