Moskvadan Gəncəyə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskva şəhərindən Azərbaycanın Gəncə şəhərinə uçmalı olan təyyarə 26 saatdan çoxdur gecikir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Vnukova hava limanından Gəncə Beynəlxalq Hava Limanına sərnişin reysi həyata keçirməli olan "UTAİR" aviaşirkətinə məxsus olan təyyarə hələ də naməlum səbəblərdən havaya qalxa bilməyib.
Halbuki, bu gün Moskvanın digər hava limanından "AZAL"a məxsus təyyarənin Gəncə Beynəlxalq Hava Limanına uçuşu reallaşıb.
"Vnukovo" hava limanında bir sutkadan artıqdır gözləməkdə olan sərnişinlərin yaxınlarının bildirdiyinə görə, guya Moskva səmasında Ukrayna tərəfindən dron hücumları təhlükəsi səbəbindən "UTAİR" aviaşirkətinə məxsus təyyarənin hərəkət etməsi yubanır. Həmin reysin uçuş saatı hələ də dəqiq deyil.
Oxşar xəbərlər
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Ötən gün itkin düşən 10 nəfər tapılıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Oktyabrın 30-da polis tərəfindən keçirilən...