Moskvada ermənilərlə kütləvi davaya görə tutulan azərbaycanlılar azadlığa buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
2020-ci ildə Moskvada ermənilərlə azərbaycanlılar arasında baş vermiş kütləvi dava ilə bağlı başlanmış cinayət işinə görə həbs olunan azərbaycanlılar azadlığa buraxılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Moskvanın Lyublin Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarı ilə 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilən E. Ələkbərov, B. Vəliyev, P. Həmidov, T. İsmayılov və A. Qafarov həbsdən azadlığa buraxılıblar.
Onların cəza müddəti başa çatdığına görə azadlığa çıxıblar.
Qeyd edək ki, həmyerlilərimiz xuliqanlıqda təqsirli biliniblər. Məhkəmə məlum iş üzrə təqsirləndirilən daha iki həmyerlimizə – M. Zahidova və D. Qiyasova isə 2 il 8 ay şərti cəza təyin edib.
Xatırladaq ki, 2020-ci ilin iyul ayında Ermənistan Silahlı Qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra dünyanın bir sıra ölkələrində yaşayan ermənilərlə azərbaycanlılar arasında milli zəmində insidentlər baş verib. ABŞ-da və Avropada ermənilərin kütləvi şəkildə azərbaycanlılara hücum etməsi xəbərinə cavab olaraq Moskvada və Rusiyanın digər regionlarında azərbaycanlılarla ermənilər arasında kütləvi davalar baş verib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...