MN: Qanunsuz erməni silahlı dəstələrinin Ağdam istiqamətində səngər qazmasının qarşısı alınıb
08
sen
2023
15:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 8-də saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
"Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Ermənilər Azərbaycan Ordusunun Naxçıvandakı mövqelərini atəşə tutub
Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Nax...