Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub
Hadisə 6

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb", - məlumatda bildirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub

Ermənistan Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub

Avqustun 18-i saat 10:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcə...

1 Hadisə 14:07 18 avqust 2023

Son xəbərlər