MN: Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.
BAKU.WS bu barədə Azərbaycan Müdafiə Nazirliyinə (MN) istinadən xəbər verir.
"Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub - RƏSMİ
İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordus...