Şəmkir sakini elektrik mişarı ilə öz ayağını kəsib
03
apr
2017
22:42
Şəmkir rayon sakini ehtiyatsızlıq nəticəsində ayağını kəsib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Kür qəsəbə sakini 1963-cü il təvəllüdlü Qabil Məmmədov elektrik mişarla həyətində olan ağacların quru budaqlarını kəsən zaman ehtiyatsızlıq nəticəsində yıxılıb və mişar onun sol ayağını kəsib.
Q. Məmmədov dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan xəstəxanasında BİABIRÇILIQ: Həkim xəstənin ayağını sındırdı (VİDEO)
Psixiatriya xəstəxanasında xəstənin ayağının sındırıldığı iddia edilir. BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, Qəbələnin Daşca kənd sakini Ramin Musa...