İmişlidə yol qəzası olub, xəsarət alanlar var
09
mar
2024
21:44
İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sinif yoldaşını 400 manat borca görə bayram günü öldürdü - Bakıdakı QƏTLİN TƏFƏRRÜATI + FOTO
2021-ci il dekabrın 31-də Bakının Nəsimi rayonu Səməd Vurğun küçəsindəki 116 saylı binanın zirzəmisində 1989-cu il təvəllüdlü Şahmar Balayevin meyiti aşkar edil...