İmişlidə qətlə yetirilən şəxs tanınmış güləşçinin qardaşıdır
Yeniliklərdən dərhal xəbərdar olun
İmişlidə törədilən qətllə bağlı yeni təfərrüat məlum olub.
BAKU.WS "report"a istinadən xəbər verir ki, öldürülən Zaur Əzizov sərbəst güləşçi Emin Əzizovun qardaşıdır.
E.Əzizov hazırda Bakıda yaşasa da, qardaşının itkin düşməsi xəbərini aldıqdan sonra İmişliyə gəlib.
Onun da iştirak etdiyi bir neçə günlük axtarışlardan sonra Z.Əzizovun əvvəlcə avtomobilini, sonra isə özünü tapmaq mümkün olub.
Qeyd edək ki, E.Əzizov 66 kq çəkidə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012), Avropa Çempionatının bürünc medalçısı (2008) olub, eləcə də Azərbaycanı 2008 Yay Olimpiya Oyunlarında təmsil edib.
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli qətl: Bıçaqladı, maşınla üstündən keçdi, avtomobilə qoyub çaya atdı
İmişli rayonunda qətl hadisəsi törədilib. BAKU.WS "report"a istinadən xəbər verir ki, yanvarın 7-də polis şöbəsinə Kür çayının İmişli rayonu Ağamalılar kəndi ər...