Minik avtomobilləri aşdı, iki qardaş xəsarət aldı
15
dek
2024
19:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Biləsuvar rayonunda ağır yol-nəqliyat hadisəsi baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Nəsimikənd kəndindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobilləri toqquşub və idarəetmədən çıxaraq aşıb.
Qəzada xəsarət alan rayonun İsmətli kənd sakinləri Əfqan və Nadir Qəfər oğlu Qarayev qardaşları Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...