Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı

Mingəçevir su anbarında itkin düşən 5 nəfər tapıldı
Hadisə 267

Mingəçevir su anbarı ərazisində 3 gündür itkin düşən 5 nəfərin yeri müəyyən edilib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Aran Dalğıc Axtarış qrupunun apardığı axtarış-xilasetmə tədbirləri nəticəsində tapılan şəxslər Ağdaş rayon sakinləridir.

Balıq tutmaq məqsədilə su anbarına gedən 5 nəfər əlverişsiz şərait səbəbindən köməksiz vəziyyətdə qalıb.

Axtarışlar nəticəsində onların yeri su anbarının Goranboy rayonu ərazisindən keçən hissəsində müəyyən olunub.

Bir neçə gündür itkin düşən şəxslərin hamısı sağdır.

Hazırda xilasedicilər onların təhlükəsiz əraziyə təxliyə olunması istiqamətində tədbirlər görür.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

89 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər