Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub - YENİLƏNİB - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.
Daha sonra 19 yaşlı Novruz Niftaliyev Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb.
***19:11
Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Faktla bağlı araşdırma aparılır.
***16:33
Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi - 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.
Report-un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir.
O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.
Qalereya
Oxşar xəbərlər
2022-ci ilin ən səs-küylü ölümləri - Azərbaycanlı məşhurlar haqda bilmədikləriniz - FOTO
2022-ci il həm də Azərbaycanın mədəniyyət və incəsənət aləmində kədərli hadisələrlə yadda qaldı. Bir çox tanınmış Xalq artistləri, Əməkdar artistlər dünyasını d...