İmişlidə öldürülən qadının meyitini morqa aparan şəxs bıçaqlandı
 
                            
                            
                                14
                                apr
                            
                                2019
                                10:41
                            
                            
                        İmişlidə qətl hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, İmişli rayonunun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu rayonun Ölcələr kənd sakini, 1990-cı il təvəllüdlü Məmmədova Vahidə Mahmud qızını başından küt alətlə vuraraq qətlə yetirib. Daha sonra meyiti torbaya qoyaraq Araz çayına atıb. Meyit polis tərəfindən çaydan çıxarılıb. “Report” isə məlumat yayıb ki, V. Məmmədovanın meyitini morqa aparan Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Surxayzadə Anar Füzuli oğlu bıçaqlanıb. Onu qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
                    
                    
                    
                    
                    
                    
                    Oxşar xəbərlər
Bakıda 29 yaşlı gənc kürəyindən bıçaqlandı
Bakıda bıçaqlanma hadisəsi olub.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Pirşağı qəsəbəsində baş verib.Qəsəbə sakini, 1989-cu il təvəl...
 
                     
                                             Haqqımızda
                        Haqqımızda
                     
                             
                     
                     
                     
                     
                    