Metronun "Memar Əcəmi" stansiyasında koronavirus xəstəsi saxlanılıb

Metronun Memar Əcəmi stansiyasında koronavirus xəstəsi saxlanılıb
Hadisə 406

Bakı metrosunun "Memar Əcəmi" stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 1981-ci il təvəllüdlü Çingiz Orucov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Cinayət qanunvericiliyinə uyğun olaraq, Ç.Orucov barəsində prosessual tədbirlər davam etdirilir.

Metronun

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər