Metroda qatardakı nasazlığa görə sərnişinlər düşürülüb

Metroda qatardakı nasazlığa görə sərnişinlər düşürülüb
Hadisə 42

"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda yaranan texniki nasazlıq səbəbilə sərnişinlər "Nizami" stansiyasında düşürülüb.

Bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, qatar texniki baxış üçün depoya göndərilib. Əvəzinə ehtiyat qatar xəttə verilib.

Yubanma intervaldan əlavə 2 dəqiqə olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər