Məşhurlar Zöhrə Abdullayevanın vəfatından yazdı
Bir çox yerli məşhurlar Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə bağlı paylaşım ediblər.
BAKU.WS xəbər verir ki, Xalq artisti Röya Ayxan “Instagram” hesabında sənətçinin vəfatı ilə bağlı status yazaraq onun ölümünə görə dərin kədər hissi keçirdiyini bildirib:
“Heç inana bilmirəm, Allah sizə rəhmət etsin. Balanıza qovuşmaq üçün tələsdiniz”.
Aparıcı Tarix Əliyev də sosial şəbəkədə paylaşım edərək Z.Abdullayevanın övlad itkisinə dözə bilmədiyi üçün vəfat etdiyini bildirib:
“Allah rəhmət eləsin. Çox pis oldum. Zöhrə xanım övlad itkisinə dözə bilmədi. Hər anada belə olmur”.
Əməkdar artistin vəfatı ilə bağlı paylaşım edənlər arasında aparıcı Zaur Baxşəliyev də olub. O, Z.Abdullayevanın bir dəfə də olsa Şuşanı görməyərək dünyasını dəyişməsindən qəhərləndiyini dilə gətirib:
“Mən sizi Şuşada görmək istəyirdim, torpaq altında deyil... Əlil arabasında belə olsa, sizi ora aparardılar. Heç olmasa doyunca havasını alıb gəzərdiniz”.
Qeyd edək ki, Əməkdar artist Zöhrə Abdullayeva bir neçə saat əvvəl dünyasını dəyişib. Mərhumun Xırdalan qəbiristanlığında, anasının məzarı yanında dəfn ediləcəyi bildirilib.
Oxşar xəbərlər
Cinlərə qonaqlıq verən ana-bala falçı həbs edildi — TƏFƏRRÜAT
Falçı Hüseyn Əlizadə və onun anası Lalə İbrahimova küllü miqdarda dələduzluq etdiklərinə görə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.Məşhur ana-b...