Məşhur xanəndənin oğluna HÖKM OXUNDU - 3 İL HƏBS - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist, muğam ifaçısı Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev həbs edilib.
BAKU.WS xəbər verir ki, bu haqda xanəndənin özü "moderator.az" saytına danışıb.
O, açıqlamasında oğlunun məhkəmə tərəfindən üç il azadlıqdan məhrum edildiyini bildirib:
“Vəziyyətim çox pisdir, oğlum Cümşüdə məhkəmədə üç il iş verdilər. Ötən il Cümşüd qayını ilə dalaşmışdı və onu bıçaqla vurmuşdu. Bir müddət idi istintaq gedirdi və dünən məhkəmə qərarını verdi. Heç məhkəməyə də getmədim. Elə yaxınlarım, övladlarım getmişdi. Çox çalışdım ki, həbs edilməsin, amma mümkün olmadı.
Cümşüdə evimdə saxlayıb böyütdüyüm məcburi köçkün ailəsinin qızını aldım. Amma axırda mənlə düşmən oldular. İndi iki nəvəm atasız qaldı. Allah səbr versin bu üç ili dözüm. Həyat yoldaşım da bir neçə il öncə dünyasını dəyişib tək yaşayıram. Elə o vaxtdan mənə qızım baxır”.
Oxşar xəbərlər
AQTA daha 97 obyektdə nöqsan aşkarladı - SİYAHI
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respu...