Məşhur rus bloger-bayker MotoTanya-nın ölümü ilə bağlı YENİ DETALLAR - VİDEO

Məşhur rus bloger-bayker MotoTanya-nın ölümü ilə bağlı YENİ DETALLAR - VİDEO
Hadisə 324

Rusiyalı bloger-bayker Tatyana Ozolinanın Türkiyədə ölümü ilə bağlı yeni detallar məlum olub.

BAKU.WS DHA-ya istinadən xəbər verir ki, türkiyəli motosikletçi Onur Obur rus bloger-baykerin özünün insidentə səbəb olduğunu bildirib.

O, deyib ki, Tatyana ötmə əməliyyatını yerinə yetirərkən səhv edib və Onur Oburun motosikletinə çırpılıb. Onur Obur hospitala, oradan da polis bölməsinə izahatı alınmaq üçün çağırılıb. Bundan sonra o, sərbəst buraxılıb. "Obur və Ozolinanın motosikletləri arasına fura çıxıb. Ozolina furanı ötməyə cəhd etdi. Ancaq Oburun motosikletinə arxadan çırpıldı"- , deyə agentlik izahatdan sitat gətirib.

Hadisənin həqiqətən də belə olduğunu hadisə şahidləri təsdiqləyiblər. Ozolina sosial şəbəkələrdə MotoTanya kimi məşhur idi. O, Türkiyənin Muğla vilayətində qəza keçirərək vəfat edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər