Məşhur falçının oğlunun evi yanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada ev yanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, dünən axşam saat 8 radələrində rayonun Şuvi kənd sakini, 1983-cü il təvəllüdlü Şaban Məmmədsəfa oğlu Məmmədova məxsus, ümumi sahəsi 600 kvadratmetr olan evdə yanğın olub. 9 otaqlı ev içindəki əşyalarla birgə yanıb.
Hadisə zamanı evdə qonaqlarla birgə 15 nəfər olub. Hadisədən əvvəl elektrik sayğacının açarı avtomatik olaraq sıradan çıxıb və elektrik naqillərində qısaqapanma baş verib. Yanğın mansarddan başlayaraq sürətlə yayılıb.
Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin Astara Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Küləkli hava şəraitinə baxmayaraq, yanğınsöndürənlərin səyləri nəticəsində yanğının ətrafdakı evlərə keçməsinin qarşısı alınıb və yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Məlumata görə, evi yanan şəxs məşhur falçı, mərhum Məmmədsəfa Məmmədovun oğludur.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT: Ərlə arvadın yanmış meyiti tapıldı - TƏFƏRRÜAT - VİDEO - YENİLƏNİB
Martın 12-ə keçən gecə Salyan rayonunun Aşağı Kürkənd kəndində 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva E...