Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş
12
okt
2022
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada avtomobillə 16 yaşlı oğlanı vurub öldürən şəxs hərbi hissə komandiri imiş.
BAKU.WS Qafqazinfo-ya istinadla xəbər verir ki, dünən saat 18 radələrində Ağstafa-Sadıxlı yolunun 8-ci kilometrliyində - Poylu kəndində B.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurduğu 2006-cı il təvəllüdlü Nəsib Rauf oğlu Orucov tibbi müdaxiləyə baxmayaraq dünyasını dəyişib.
Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi açılıb.
Qəzanı törədən B.Məmmədovun N saylı hərbi hissənin komandiri olması məlum olub.
Oxşar xəbərlər
Bakıda iş adamını "Gelandewagen"ində güllələdilər - TƏFƏRRÜATLAR
2019-cu il iyunun 14-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Bəşir Bünyatov küçəsində silahlı insident olur. Nəticədə ağır xəsarət alan 1972-ci il təvəllüdlü Rami...