Məktəbdə ZORAKILIQ İDDİASI: "Kəməri çıxarıb bizi bağladı, dərsdən sonra açıb buraxdı"
Babək rayonunun Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbinin 9-cu sinif şagirdi Zəhra Fərəcova iddia edir ki, təhsil müəssisəsində xoşagəlməz hadisə ilə üzləşib.
Şagirdin sözlərinə görə, təsviri incəsənət fənnini tədris edən Etibar adlı müəllim ona və digər sinif yoldaşına zorakılıq tətbiq edib:
"Müəllim əvvəl oğlanları dərsə çıxartdı, onlar danışa bilmədilər. Sonra məni çağırdı, mən dərsi yavaş-yavaş izah edirdim. Birdən oğlanın kəmərini çıxarıb yanımdakı türk qızla məni bağladı. Dərsdən sonra bizi açıb buraxdı. Hamı ondan çox qorxur. Qızlara təpik vurur, təhqiramiz ifadələr işlədir. Müəllimə dedim ki, sizi Təhsil Nazirliyinə şikayət edəcəyəm. Cavab verdi ki, kimə istəyirsən, şikayət et. Uşaqlar da dedilər ki, heç kim ona heç nə edə bilməz".
Məsələ ilə bağlı Babək Rayon Təhsil Şöbəsindən bildirilib ki, məktəbdə baş verən hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Gəncədə 10 yaşlı uşağı maşın vurub
Gəncədə piyadanı avtomobil vurub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Bağırov küçəsində qeydə alınıb. Belə ki, 2015-ci il təvəllüdlü Elç...