Cinsi qısnamaya məruz qalmış 11 yaşlı şagird barədə məktəbdən AÇIQLAMA - YENİLƏNİB/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın Nərimanov rayonunda yerləşən 212 saylı orta məktəbdən hadisə ilə bağlı məlumat verilib.
Məktəbdən BAKU.WS-ə verilən məlumata görə, 27 oktyabr saat 18:40 radələrində 30-35 yaşlı bir şəxs valideyn olduğunu deyərək məktəbə daxil olub. Həmin vaxt valideynini gözləyən V sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) qarşı qeyri-etik hərəkətlər edib.Məsələ ilə bağlı valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.
***10.42
Paytaxtın Nərimanov rayonunda məktəbli qız cinsi qısnamaya məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə avtosfer.az-a məktəblinin atası məlumat verib.
Atanın sözlərinə görə, 11 yaşlı qızı dərs bitdikdən sonra məktəbin dəhlizində onun gəlməsini gözləyib:
“Mən yolda olarkən həyat yoldaşım zəng edib dedi ki, qızım cinsi qısnamaya məruz qalması ilə bağlı zəng edib, tez özünü məktəbə çatdır. Mən məktəbə çatan vaxt həmin naməlum şəxsi tutdum və polisə təhvil vermək üçün onu zərərsizləşdirməyə çalışdım. Bu zaman ətrafda olan insanlar bizim dava etdiyimizi düşünərək onu əlimdən aldı. Həmin şəxs vəziyyətdən çıxaraq qaçıb getdi. Hadisə məktəbin təhlükəsizlik kamerasına düşüb. Həmin şəxs qızımı öncə danışdırmağa başlayıb, daha sonra isə yaxasını açaraq onu cinsi qısnamaya məruz qoyub”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, cinsi qısnama iddiaları ilə bağlı Nərimanov Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmalardan sonra həmin şəxsin əməli törədib-törətmədiyi məlum olacaq.
Oxşar xəbərlər
Adam oğrularının şok əməlləri: "Telefonu açıq qoydum ki, arvadım eşitsin..." - TƏFƏRRÜAT
Azərbaycanda adam oğurluğunda ittiham olunan 1988-ci il təvəllüdlü Anar, 1989-cu il təvəllüdlü Yavər və 1996-cı il təvəllüdlü Eşqinin cinayət işi üzrə məhkəmə p...