Məhkum övladı ilə görüşə gələn qadının üzərində psixotrop maddələr aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Bu barədə BAKU.WS-ə Penitensiar xidmətdən məlumat verilib.
Bildirilib ki, məhkum Orxan Akif oğlu Azayevlə görüşə gəlmiş anasının üzərinə baxış keçirilən zaman ümumi çəkisi 2,290 qram müxtəlif növ psixotrop maddələr aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
«Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır», - deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....