Məhkum həyat yoldaşına metamfetamin keçirmək istəyən şəxsin cəhdinin qarşısı alnıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyindən BAKU.WS-ə verilən xəbərə görə, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0.553 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
Oxşar xəbərlər
Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə "Real" TV-nin çəkiliş qrupuna hücum olub. BAKU.WS "Trend"ə istinadla xəbər verir ki, hadisəd...