Məhkəmədən tiktoker "Vaqa" ilə bağlı QƏRAR

"TikTok" əməliyyatında həbs edilən "Vaqa" ləqəbli tiktoker Vüqar Zeynalzadə ev dustaqlığına buraxılmayıb.
BAKU.WS Lent.az-a istinadən məlumat verir ki, Bakı Apellyasiya Məhkəməsində tiktokerin şikayətinə baxılıb.
Onunvəkili Arzu Cavadov Nərimanov rayon məhkəməsinin müvəkkili barəsində çıxardığı 4 ay müddətinə həbs-qətimkan tədbirindən narazı olduğunu bildirib.
Vəkil vəsatətində göstərib ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşaq var, anası ağır onkoloji xəstəlikdən əziyyət çəkir.
Daha sonra məhkəmə yekun qərarı elan edib.
Qərara əsasən, "Vaqa" ləqəbli tiktokerin şikayəti təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin onun barəsində çıxardığı qərar qüvvədə qalıb.
Xatırladaq ki, Vüqar Zeynalzadəyə qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok"da əxlaqsızlığın təbliğinə qarşı əməliyyat polis tərəfindən keçirilib. Saxlanılan şəxslər müxtəlif cinayətlərdə təqsirləndirilirlər.
Oxşar xəbərlər
Bakı – Quba yolunda ağır qəza olub, 4 pakistanlı yaralanıb
Bakı – Quba yolunda dörd əcnəbi vətəndaşın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un yerli bürosu xəbər verir ki, qəza yolun Xızı...
