Məhkəmə toy şənliyində qonşusunu öldürmək istəyən şəxslə bağlı qərar verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Şəki Apellyasiya Məhkəməsində Ucarda toy şənliyində qonşusunu öldürməyə cəhddə təqsirləndirilən Maarif Xəlilovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
BAKU.WS pravda.az-a istinadən xəbər verir ki, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında Ucar rayonu Küçəkənd kəndində baş verib.Belə ki, kənddə keçirilən toy şənliyində yeyib-içən iki qonşunun mübahisəsi qanla nəticələnib.
Kənd sakini, 1971-ci il təvəllüdlü M.Xəlilov mübahisə etdiyi qonşusu, 1962-ci il təvəllüdlü Muxdər Rəsulovun evinə gələrək ona bıçaqla xəsarət yetirib.
M.Xəlilova qarşı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...