Məhkəmə hakiminin arvadını ov tüfəngi ilə öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluq Bakıda hakimin qətl törətməsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılmışdır.
Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Sevgilisini qısqanan oğlanın Bakıda törətdiyi dəhşətli CİNAYƏT - VİDEO
2019-cu il noyabrın 29-da DİN 102 xidmətindən Binəqədi RPİ 5-PB-nə 7-ci mikrorayon ərazisində bıçaqlanma hadisəsinin baş verməsi haqda məlumat verilib. Hadisə y...