Mehdiabadda vəziyyət dəyişdi
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Mehdiabad qəsəbə sakinlərini narahat edən antisanitar vəziyyət aradan qaldırılıb.
BAKU.WS-in əldə etdiyi məlumata görə, polis və digər müvafiq qurumların nəzarəti ilə sözügedən ərazidəki antisanitar vəziyyət nəzarətə götürülüb və problem həllini tapıb.
***15:02
Mehdiabad qəsəbəsi, Gəray Əsədov küçəsi ilə Qara Qarayev küçələrinin kəsişməsində yaşayan sakinlər narazıdır.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, sözügedən ərazidə zibil qutuları yoxdur, yola yığılan zibillərisə vaxtında təmizlənmir.
"Havalar isti keçdiyi üçün üfünət iyi bürüyüb ərazini. Küçə heyvanları zibilləri ətrafa dağıdır. Gecələr itlər zibilxananın ətrafına yığışır. Həmin ərazidən keçmək olmur", - deyə şikayətçi əlavə edib.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Ziya Bünyadov prospektində yük avtomobili qəzaya uğrayıb, hərəkət məhdudlaşdırılıb
Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişməsində yük avtomobili qəzaya uğrayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliy...